[b]Oğuz Çətin: Ona dedim ki, ölsәn dә sona qәdәr oynayacaqsan[/b]
24.11.2014 - 20:40
[b]Oğuz Çətin: Ona dedim ki, ölsәn dә sona qәdәr oynayacaqsan[/b]

“Hər dəfə dediyim ki, oyunlarda çox qol epizodu olsa da, adi epizodda qol buraxırıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər Lənkəran”ın baş məşqçisi Oğuz Çətin deyib.

 

Türkiyəli çalışdırıcı bu gün Topaz Premyer Liqasının XIII turunda “Dalğa Arena”da “Neftçi” ilə 2:2 hesablı heç-heçə qalmalarına şərh verib: “Çox asan məğlub edə biləcəyimiz rəqiblə bərabərə qaldıq. Oyunla bağlı nəsə demək istəmirəm. Görüşdə qələbə qazandığmız zaman matç heç-heçə başa çatdı”.

 

Çətin Sadio Tounkara və Əfran İsmayılovun qırmızı vərəqə ilə cəzalandırmasına da münasibət bildirib: “Matçdan əvvəl futbolçulara dedim ki, qarşıaşmanı 11 nəfərlə bitirək. Lakin Tounkara və Əfranın etdiyi hərəkətlər bağışlanası deyil. Bununla yanaşı, son dəqiqədə qol buraxdıq və oyun heç-heçə ilə yekunlaşdı. Biz meydanda ürəyimizi ortaya qoyduq. Həm rəhbərlik, həm də məqşçilər ciddi şəkildə uğur qazanmaq istəyir. Belə ciddi hədəflərin yanında, bu cür bəsir səbəblərin yeri yoxdu. Lazım olan nədirsə, ediləcək. Bunu da sizin vasitənizlə futbolçulara çatdırıram. Әfran vә Sadioyun cəzasına gəldik də isə bunu klub rəhbərliyi ilə danışdıqdan sonra sizə deyəcəm. 24 saat çalışıram ki, komandam uğur qazansın. Biz ciddi şəkildə çalışırıq. Sonucda ortada insan faktoru var”.

 

Oğuz hər iki komanda arasındakı rəqabətdən də danışıb: “Mәn Türkiyәdә nizam-intizam baxımından seçilən 3 futbolçudan biriyəm. Əgər bir futbol adamı kimi soruşursunuzsa, futbolda söyüş, təhqir olmaz. Nə rəqib komandanı, nə də hakimi söyməzlər. Amma “Qalatasaray” – “Fənərbaxça” matçlarında bütün bu hadisələr baş verir. Azәrbaycanda da “Xәzәr Lәnkәran” və “Neftçi” arasında belə bir rəqabət var. Biz də istəyirik ki, söyüş, təhqir olmasın. Hər şey idman mübarizəsi şəraitində keçsin”.

 

Türkiyəli mütəxəssis bildirib ki, günah cəzalandırlıan futbolçuların özündədi: “Tәbii ki, hakimin dә sәhvlәri oldu. Matçda 4 qırmızı vәrәqә verdi. Әslindә, bizim futbolçulara göstərilən “qırmızı” oyunçuların öz günahıdı. Çünki onlar belə etməli deyildilər. Lakin referi birbaşa qırmızı vərəqə verirdisə, Alfred Sankonun cәrimә meydançasında yerdə qaldığı epizodda da cərimə təyin etməli idi. Düşünürəm ki, “Neftçi” ilə görüşdə qorxaq futbol oynamadıq. Rəqibi öz cərimə meydançamızın qarşısında qarşılayaq deyə, bir düşüncəmiz olmadı. Baxın, heyətə. Rahid, Sanko və Fernando yarımmüdafiәdә, Elnur da onların qarşısında oynayırdı. Sona qәdәr irәlidә çıxış etdik. “Neftçi”nin də oyununa baxsaq, onların belә bir ciddi oyun epizodu olmadı. Yalnız uzaqdan zәrbә ilә fәrqlәndilәr”.

 

Çətin Rasim Ramaldanovun 2-3 dәfә zәdәlәnib yerә yıxılmasına da toxunub: “Sadәcә Rasimә dedim ki, oyna, bir də zәdәlәnmә. Ona bildirdim ki, ölsәn dә sona qәdәr oynayacaqsan. O da xarakter göstәrdi, mübarizə apardı. Bir futbolçu hər kiçik zədəyə görə meydanı tərk etməyi düşünməməlidi. Xarakterli olmalıdı. Ramaldanov da sona qədər belə davam etdi”. 

0