İspaniya klubu danışılmış oyuna görə 965 min avro ödəyib
19.12.2014 - 01:41
İspaniya klubu danışılmış oyuna görə 965 min avro ödəyib

İspaniya prokurorluğu 2010/11 mövsümündə “Levante” və “Saraqosa” arasında danışılmış oyunun təşkili işi ilə bağlı 42 fiziki və hüquqi şəxs barəsində ittiham irəli sürüb. Apasport.az saytının məlumatına görə, qarşılaşmada iştirak edən 28 futbolçudan başqa, siyahıda “Saraqosa”nın sabiq prezidenti Aqapito İqlesias, klubun iki direktoru, keçmiş baş məşqçisi Xavyer Aqirre və bir neçə ehtiyat oyunçunun da adı var.

 

Onları 6 aydan 4 ilədək həbs cəzası, 1 ildən 6 ilədək futboldan kənarlaşdırma və 5,5 milyon avroyadək cərimə gözləyir.

 

Şübhə altına düşən futbolçular arasında Ander Herrera (“Mançester Yunayted”), Qabi (“Atletiko”) və Xuanfranın (“Levante”) da göstərilir. İttihamçı tərəfin iddiasına əsasən, 2:1 hesabıyla qalib gələn “Saraqosa” danışılmış oyuna görə 965 min avro ödəyib.

 

Ander Herrera sosial şəbəkələrdən birinin səhifəsində məsələyə münasibət bildirərək, vicdanının təmiz olduğunu və heç vaxt danışılmış oyunlarla əlaqəsinin olmadığını deyib.

0