Gürcüstanın paytaxtı Tbilisidə keçirilən böyüklər arasında Avropa çempionatına start verilib.
Apasport.az xəbər verir ki, ilk yarış günündə 7 idmançımız tatami üzərinə çıxıb.
60 kiloqram çəki dərəcəsində çıxış edən Azərbaycan cüdoçusu Balabəy Ağayev 1/4 finalda ukraynalı Dilşot Kalmatovla qarşılaşıb. Rəqibini ipponla üstələyən cüdoçu yarımfinala vəsiqə qazanıb.
O, yarımfinalda Giorgi Sardalaşviliyə (Gürcüstan) ilə qarşılaşacaq.
1/4 finalda uduzan Turan Bayramov (66 kiloqram) isə təsəlliverici görüşə vəsiqə qazanıb.
Qeyd edək ki, aprelin 19-dək davam edəcək mötəbər turnirdə 46 ölkədən 400 idmançı qüvvəsini sınayır.
**
14:55
Balabəy Ağayev Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında finala vəsiqə qazana bilməyib.
60 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda Giorgi Sardalaşviliyə (Gürcüstan) uduzub. Həmyerlimiz üçüncü yer uğrunda görüşə çıxacaq.