“Çelsi”nin transfer siyahısı
11.06.2022 - 00:59
“Çelsi”nin transfer siyahısı

“Çelsi” yay transferləri üçün siyahını hazırlayıb.

Apasport.az saytının məlumatına görə, London klubunun yay hədəfləri sırasında 8 futbolçu var.

Baş məşqçi Tomas Tuxelin müdafiə xəttində görmək istədiyi oyunçular PSJ-dən Presnel Kimpembe, “Yuventus”dan Matteys de Liqt və “Sevilya”dan Jül Kundedir. Mütəxəssis “Mançester Siti”dən ayrılacağı gözlənilən hücumçu Qabriel Jezusu da komandasında istəyir.

Onun komanda yoldaşı Rahim Sterlinq də “Çelsi”nin maraq dairəsindədir. Usman Dembele (“Barselona”), Krisfofer Nkunku (“Leypsiq”) və Robert Levandovski (“Bavariya”) də karyerasını Premyer Liqa klubunda davam etdirə bilər.
 

writer photo
Əlirza Əlirzalı
0