Oliveyra "Qalatasaray"dan ayrılmaq istəmir
24.08.2024 - 13:52
Oliveyra "Qalatasaray"dan ayrılmaq istəmir

"Qalatasaray" Sergio Oliveyra ilə yollarını ayıra bilər.

Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi portuqaliyalını əsas heyət oyunçusu hesab etmir. 

Maraqlıdır ki, Oliveyra özü gələn təklifləri rədd edir. O, İstanbulda xoşbəxtdir. Türkiyə mətbuatına görə, "sarı-qırmızılar" müqavilənin ləğvi üçün Oliveyraya 1 milyon avro təklif etsə də, futbolçu 2.5 milyon avro tələb edir.

Əgər ləğv olunmazsa, yarımmüdafiəçinin müqaviləsi daha 2 il keçərli olacaq.

Qeyd edək ki, Sergio Oliveyra "Qalatasaray" karyerasında 58 matça çıxıb, 6 qol vurub, 7 məhsuldar ötürmə verib.

writer photo
Əlirza Əlirzalı
0