"Qalatasaray"ın futbolçusu “Eypen”də
11.10.2023 - 18:22
"Qalatasaray"ın futbolçusu “Eypen”də

“Qalatasaray”ın futbolçusu Belçikaya transfer oldu.

Apasport.az xəbər verir ki, "sarı-qırmızılılar"ın 20 yaşlı futbolçusu Pape Nianq “Eypen”ə gedib.

Seneqallı yarımmüdafiəçinin yeni komandası ilə 3 illik sözləşmə imzaladığı məlum olub. Böyük ümidlərlə Türkiyəyə gətirilən Nianq 2022-ci ildə “cim-bom”un akademiyasına qəbul edilmişdi.

Qeyd edək ki, futbolçu bu yay “Anderlext”ə keçməyə çalışsa da, yoxlanışdan uğurlu keçə bilməmişdi.

writer photo
Əlirza Əlirzalı
0