Reqilon İtaliyaya köçür
25.08.2022 - 23:14
Reqilon İtaliyaya köçür

“Tottenhem”in müdafiəçisi Serxio Reqilon daha bir klubun maraq dairəsinə düşüb.

Apasport.az saytının məlumatına görə, bu dəfə “Latsio” onu heyətinə qatmağı planlaşdırır.

Roma klubu 25 yaşlı cinah oyunçusunu birdəfəlik transfer etmək şərtilə icarəyə götürmək niyyətindədir. Klublar arasında bununla bağlı danışıqlar davam edir. Londonluların baş məşqçisi Antonio Konte də intizamsızlığı ilə diqqət çəkən ispaniyalının gedişinə qarşı deyil.

Qeyd edək ki, Serxio Reqilonun “Tottenhem”lə hazırkı müqaviləsi 2025-ci ilin yayına qədərdir. 

writer photo
Əlirza Əlirzalı
0