Bukmeyker kontorları “Rabotniçki”ni cavab oyununda “İnter”dən iki dəfə güclü hesab edirlər
21.07.2008 - 17:54
Bukmeyker kontorları “Rabotniçki”ni cavab oyununda “İnter”dən iki dəfə güclü hesab edirlər
Bakı. Aqşin Əliyev - APA-Sport. Makedoniyanın “Rabotniçki” və Bakının “İnter” klubları arasında Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək qarşılaşmaya pul qoyuluşları təşkil edilib. “APA-Sport” agentliyinin məlumatına görə, Makedoniya çempionunun ikinci matçda qələbə şansı yüksək qiymətləndirilib. Bukmeyker kontorları “Rabotniçki”ni “İnter”dən təxminən 2 dəfə güclü sayırlar. Belə ki, meydan sahiblərinin qələbəsi 1.85 əmsalla qiymətləndirilib. “İnter”in uğuru isə 3.65 əmsalla göstərilib. Oyunun heç-heçə başa çatacağına proqnoz verənlər qoyduqları pulun 3.35 mislində qazana bilərlər. Maraqlıdır ki, bəzi kontorlar görüşün bərabərliklə nəticələnəcəyinə daha az ehtimal edirlər. Belə kontorlarda heç-heçə “İnter”in qələbəsindən daha yüksək əmsalla dəyərləndirilib.
Qeyd edək ki, “Rabotniçki” və “İnter” cavab oyun sabah Skopyedə baş tutacaq. Bir həftə öncə keçirilən ilk qarşılaşma qolsuz bərabərliklə nəticələnib.
0