“Milan” klubu Bakıya gəlir - YENİLƏNİB
05.01.2009 - 18:17
“Milan” klubu Bakıya gəlir - YENİLƏNİB
İtaliyanın “Milan” futbol klubu Azərbaycana gələcək. Apasport.az saytının məlumatına görə, səfər martın 4-ə planlaşdırılıb. Həmin gün Bakıda ölkə çempionu “İnter” və “Milan” arasında oyun keçiriləcək. Məlumatı klub prezidenti Georgi Nikolov da təsdiqləyib.

“Məsələ ondadır ki, “Milan” xarici turnelərə çıxmağa çox yüksək məbləğ qarşılığında razılıq verir. Mənim bildiyimə görə, ötən il Cənubi Koreyaya qısa müddətli səfərdən 2,5 milyon dollar qazanc əldə etmişdilər. Bakıya səfər etmək üçün italyan klubunun ən azı 1 milyon avro istəyəcəyini düşünürəm. Biz buna yüksək səviyyədə məsləhətləşmələr apardıqdan sonra razılıq verə bilərik. İndiki halda “Milan”la görüşümüzün baş tutma ehtimalı 20 faizdir” – deyə Nikolov bildirib.
Lent.az
0