“Məhz onlar seksdə ən çox riskə meylli olanlardır”
17.06.2009 - 11:18
“Məhz onlar seksdə ən çox riskə meylli olanlardır”
İtalyan hücumçu Kristian Vyeri prezervativ nümayiş etdirir. Apasport.az saytının məlumatına görə, məşhur firma “Sweet Years”ın buraxdığı qoruyucu vasitənin üzərində Vyerinin ləqəbi olan “Bobo” yazılıb.

Vyerinin bu məhsullara qoyulan sərmayədə payı var. Gəlirin bir hissəsi “Qırmızı Xaç”ın ehtiyaclarına, digər hissəsi isə sosial gənclər proqramına yönələcək. Hazırda klubsuz olan 36 yaşlı futbolçu iştirakına belə aydınlıq gətirib: “Bizim markanın tam auditoriyası – yeniyetmələr və tələbələrdir. Məhz onlar seks sahəsində ən çox riskə meylli olanlardır”.

Qeyd edək ki, Kristian 2002-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində İtaliya yığmasının heyətində milli komandamızla hər iki oyunda iştirak edib. O, evdə yığmamızı böyük hesabla məğlub etdikləri görüşdə (4:0) qapımıza yol tapıb. Vyerinin 7 il öncə Bakıya səfəri azərbaycanlı qızla barda tanış olduğu və hətta intim əlaqədə olduğu deyilirdi.
0