Lənkəranda 1 manatlıq prinsipial oyun
25.03.2010 - 10:51
Lənkəranda 1 manatlıq prinsipial oyun
Unibank Premyer Liqasının XXIV turunda "Xəzər-Lənkəran" - "Neftçi" matçının başlanma saatı və biletlərin qiyməti açıqlanıb. Apasport.az saytının xəbərinə görə, son illərin ən prinsipial qarşılaşmasının start fiti martın 27-də saat 18:00-da veriləcək. Lənkəran şəhər mərkəzi stadionunda baş tutacaq görüşün biletləri sektorlardan asılı olmayaraq, 1 manata satılacaq.
0