“Azərbaycanda uduzmağı sevmirlər”
22.12.2010 - 17:16
“Qəbələ” klubunun latviyalı futbolçusu Pavel Doroşevin apasport.az saytına müsahibəsi
- Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının bu gün açıqladığı siyahıya ilk dəfə düşdünüz. Bu, saytımızın əməkdaşı Vüqar Xeyrullayevin üzvü olduğu quruma sizin göstəricilərinizi göndərməyi sayəsində mümkün oldu. 952 dəqiqəlik “quru seriya”nızla 450 qapıçı arasında 67-cisiniz...
- Doğrudan? Nə qəşəng.... Məni çox sevindirdiniz. Sizə də təşəkkür edirəm.
- Bir müddət öncə saytımıza müsahibənizdə ilk növbədə komandanın nəticəsinin sizin üçün önəmli olduğunu demişdiniz. Ancaq istənilən halda, hər bir futbolçu üçün şəxsi nailiyyət də vacibdir. Bu, yoxdursa, oynamağın nə mənası var...
- Açığı, şəxsi iddialar mənim üçün çox vacibdir. Əlbəttə, belədir. Hər oyunda qol buraxaraq, yəni 2:1, 3:2, 4:3 hesabı ilə qalib gəlsək, mən həqiqətən çox xoşbəxt olaram. Çünki biz istənilən halda, qalib gələcəyik. Ancaq şəxsi nailiyyəti sonradan yada salmaq xoş olacaq ki, baxın, mən “quru seriya”lara görə dünyada 67-ci yerdəyəm. Hər halda, bu, mənim üçün heç bir prioritet deyil. Əgər biz son turda AZAL-la 2:2 yox, 3:2 oynayıb, qalib gəlsəydik, daha çox xoşbəxt olardım.
- Yəni indikindən çox?
- Birmənalı.
- Yeni rekord başlamağı düşünürsünüz?
- Mən bunu izləmirdim. Sadəcə, qapıda dayanırdım, elə olurdu ki, qol buraxmırdım. Neçə dəqiqədir buna nail olduğuma fikir vermirdim. Siz jurnalistlər mənə zəng edib, bu haqda məlumat verirsiniz. Mən qol buraxmadığım oyunları saymırdım.
- 1000 dəqiqəyə cəmi 48 dəqiqəniz çatmadı. Özü də sizi Baltikyanı ölkədən olan litvalı hücumçu Qvidas Yuşka məyus etdi...
- Olur. Həyatda belə şeylərlə rastlaşırsan. Futbolda hər zaman top buraxmaya bilməzsən ki... Kuboku da nəzərə alsaq, 11 oyundur qapımı qoruya bilmişdim. Artıq bu, böyük göstəricidir. Azərbaycan çempionatı həqiqətən güclüdür. Burada qol buraxmamaq heç də asan iş deyil. Allah mənə çox kömək etdi. Ancaq bu, hər zaman olsaydı, absurd alınardı. Hərdən özün də nəsə etməlisən. Mən hələ yenə özümü göstərə bilərəm.
- Nailiyyətiniz bununla bitmir. Latviyalı qapıçılardan ən yüksək göstərici və bu il dünya qapıçıları arasında ən uzun “quru seriya” sizə məxsusdur...
- Bunun nə fərqi var ki? Onsuz da məni yığmaya çağırmırlar. Əgər bu, yığmanın baş məşqçisinə təsir etsəydi, başqa məsələ. Ancaq belə nəyimə lazımdır?
- Yığma komandadan incimisiz?
- Qətiyyən. Sadəcə, mənə şans verilməməyi başadüşülən deyil. Yığmanızın baş məşqçisi Berti Foqts kimi seleksiya təlim-məşq toplanışları, yoldaşlıq görüşləri təşkil edib, çağırsaydılar, yaxşı olardı. Foqts bütün gənclərə şans verir və kimsə özünü hansısa tərəfdən göstərir. Ancaq bizdə belə şey yoxdur. Oynadı, oynamadı, yığmaya çağırırlar. Özümü göstərmək üçün heç olmasa, 1 dəfə şans verərdilər. “Qəbələ”yə keçəndən sonra necə oynadığımı göstərdim.
- Şəxsən belə hesab edirik ki, sizi 3 ildə bir dəfə də çağırıb, şans verməmək ədalətsizlikdir...
- Mən də belə fikirləşirəm. Demirəm ki, milli komandada əsas heyətdə oynamağa layiqəm. Fikrimcə, baş məşqçinin mənə heç olmasa özümü göstərmək üçün şans verməsini haqq etmişəm. Əgər bu şansdan istifadə etməsəm, onda heç bir sual qalmayacaq. Misal üçün, Çinlə son yoldaşlıq görüşümüzdə məni çağırmaq olardı. Ancaq Denis Romanovu və başqa gənc qapıçıları dəvət etdilər. Bax, belə işlər...
- Sizcə, yığmanızın baş məşqçisi Aleksandr Starkov bu uğurlu seriyanıza diqqət yetirərək, bundan sonra sizi çağıracaq?
- Mən hələ keçən mövsüm normal oynadım. “Qəbələ” ilə yetərincə ciddi nəticələr əldə etdik. Bütün iddialılardan xal aldıq, kimisə çempionluqdan məhrum etdik. “Qəbələ”nin hələ ötən mövsümdəki çıxışı uğurdur. Məni bu ölkədə, Azərbaycanda ciddi qəbul etməyə başladılar. Çempionatda işlərimiz normal gedir. Artıq üç ildir daim oynayıram, oyun praktikası, müəyyən nəticə qazanıram. Yığmanın baş məşqçisinə nə qədər vaxt lazımdır ki, Pavel Doroşevə heç olmasa şans verilməyə layiq olduğunu müəyyənləşdirsin? Kiçik bir şans verilsin ki, özünü göstərim. Məni istəmirsə, neyləyə bilərəm? İstəsəydi, çoxdan çağırardı. Mən sizə düzünü deyirəm. O, elə insandır.
- Starkov uzun müddətdir yığmanızı çalışdırır. Siz də əvvəllər cəlb olunmusunuz. Bəlkə vaxtilə aranızda problem, münaqişə olub?
- Ümumiyyətlə, heç bir şey olmayıb. Bilmirəm o niyə mənə neqativ yanaşır. Bəlkə mən Starkov üçün simpatiyalı deyiləm. Ancaq istənilən halda, o, baş məşqçidir, futbolçuları özü seçir. Yığmamızda iki yaxşı qapıçı var. Andrey Vanin İsveçrənin “Syon” klubunda oynayır, biri də Aleksandr Kolinkodur. Onlar həyatımda gördüyü ən yaxşı qapıçılardır. Ancaq 3-cü qapıçı...
- 3-cü qapıçı Denis Romanovdur. Hansı ki, “Xəzər Lənkəran”a lazım olmadığından transferə çıxarılıb. Ehtiyatda qalan bu qapıçını yığmaya çağırırlar, sizi yox...
- Daha hər şeyi sən dedin. Mən nə deyim?
- Sizə Latviyadan jurnalistlər zəng edib, rekordla maraqlanıblar?
- Heç maraqlanmırlar. Qəzetlərdə haqqımda nəsə yazırlar, onu da Azərbaycan mətbuatından götürürlər. Görünür, mənə Latviyada rəhm etmirlər, orada nüfuzsuz futbolçuyam (gülür).
- Latviya vətəndaşı olsanız da, milliyətcə russunuz. Bəlkə problem ondadır?
- Yox. Latviya vətəndaşıyam, bu ölkənin pasportuna malikəm. Mən ömür boyu Latviyada yaşamışam. Milliyyətin nə dəxli? Heç bir milli ayrıseçkilik əlaməti yoxdur. Latviyada futbolda əsasən ruslar oynayırlar. Hokkeydə, basketbolda latışlar çıxış edir. Üstəlik, Starkovun özü rusdur.
- Sabah “Bakı” ilə çox vacib, “altılıq” uğrunda həlledici oyununuz olacaq...
- Bizim üçün hər oyun həlledicidir. Ona görə “Bakı”, yaxud AZAL, “Turan”la oynadığımızı ayırmıram. Hamı ilə oynamaq çətindir. Bizim üçün Azərbaycanda hamı güclü rəqibdir. Ona qalsa, bu, daha çox “Bakı” üçün həlledicidir. Yəni, ölüm-qalım məsələsidir. Biz isə sadəcə, meydana çıxıb, öz futbolumuzu oynayacağıq. Allahın köməyi ilə qalib gələrik. Əsas odur ki, keyfiyyətli oyun, əzmkarlıq göstərək.
- “Bakı”ya yalnız qələbənin lazım olması, sizin isə oyuna daha rahat çıxmağınız xeyrinizə ola bilərmi?
- Biz “Xəzər Lənkəran”la oynayanda, onlar gərginlik içində idilər. Çünki onlar 1-ci yerdədirlər. Digər güclülərlə - “Qarabağ”la, “Neftçi” ilə oynayanda da belədir. Bütün klublar bizimlə oynayanda gərginlikdə olur. Dostum, özünüz də bilirsiniz ki, bura Azərbaycandır, məğlubiyyəti qəbul etmirlər.
- Şansları necə dəyərləndirərdiniz?
- Sabah 90 dəqiqə hər şeyi göstərəcək. Mən heç vaxt proqnoz vermirəm. Futbol gözlənilməzliyinə görə maraqlı oyundur.
- Heç-heçə etsəniz, “Bakı” ilə 5 xallıq fərqi saxlayacaqsınız. Belə olan halda, 1 xalı münasib sayırsınız?
- Bu da yaxşı nəticə olacaq. Bu, “Bakı”dır, böyük klubdur, hansısa zəif komanda yox. Onların böyük iddiaları, vəzifələri var. “Bakı” ilə 0:0, 1:1, yaxud 2:2 oynamaq da nüfuzlu nəticədir. Əlbəttə, biz meydana yalnız qələbə üçün çıxırıq. Sonda necə olacağını deyə bilmərəm. AZAL-la oyunda 2:0 hesabda irəlidə idik, ancaq sonda 2:2 oldu. Eybi yoxdur, əsas odur ki, Allahın köməyi ilə xal qazandıq və fərq artmadı. Buna şükür edirik.
Mehman SÜLEYMANOV

0
0