“Ermənistan yığmasına qarşı oynayar və qalib gələrdim” - MÜSAHİBƏ
01.12.2011 - 15:18
Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadovun müsahibəsi
“Ailəmi pis vəziyyətdə qoymağa ixtiyarım yoxdur”
- Vaqif, sizin İsgəndər Cavadovun qohumu olmağınız faktı taleyinizi müəyyənləşdirdimi?
- Mənim atam da futbolçu olub. İlk növbədə onun karyerası mənə təsir etdi. Atam ötən əsrin 70-ci illərində Rostov OİK-ində oynayıb. Əmim bir az sonra məşhurlaşıb. Fikrimcə, belə ailədə anadan olan bir insan kimi başqa sevimli işi tapmaq imkanım yox idi.
- Keçmiş hücumçular sizinlə hansı sirləri bölüşdürüblər?
- Bizdə elə alınıb ki, ailədə hamı hücumçudur. Əlbəttə, həm əmim, həm də atam mənə uşaqlıqdan öyrədir, hücumda oyunun əlifbasını izah edirdi. İndi atam bütün oyunlarıma baxır, stadionda olur. Özü də fərqi yoxdur harada oynayıram – Rusiyada klubda, yoxsa vətənimdə yığmada. Həmişə oyunlarıma gəlməyə çalışır!
- Yeri gəlmişkən, 2006-cı ildə əmininizin yubiley matçı oldu. O, sizi hücumda tandem təşkil etmək üçün oyunda iştirak etməyə dəvət etdi?
- (gülür) Meydana yalnız veteranlar çıxmışdı. Onlar Rusiya, Gürcüstan, digər ölkələrdən gəlmişdilər. Biz atamla oyunu tribunadan izləyirdik. Bu, çox xoş ailə axşamı idi.
- Əminiz 2008-ci ildən Regional Futbol Federasiyalarının prezidentidir. İndi nə işlə məşğul olur?
- Bu vəzifədə işini davam etdirir. Özü də futbol sahəsində işini orqanlarda fəaliyyəti ilə cəmləşdirir. O, ölkəni çox gəzir, hər regionda işin vəziyyətini öyrənir. Bu, çətin işdir. Ancaq mənə elə gəlir ki, bunun öhdəsindən pis gəlmir. Özü də karyeramı bitirəndən sonra nə işlə məşğul olacağımı ehtimal etmək istəmirəm. Əgər Allah güc versə, daha çox oynamaq istəyirəm!
- Kiçik ölkədə tanınmış futbolçunun qohumu olmaq çətindir?
- Həm əmim, həm də atam sovet futbolunda öz sözlərini deməyə imkan tapıblar. Əlbəttə, soyadın məsuliyyəti çox böyükdür! Mənim onu aşağı salmaq ixtiyarım yoxdur. Həmişə yalnız meydandakı hərəkətlərim yox, gündəlik davranışlarım haqda da fikirləşirəm.
- Bu fakt karyeranın gedişinə kömək etdi, yoxsa əngəl törətdi?
- O, heç vaxt mənə kömək edə bilməzdi. Atam heç vaxt istəməzdi ki, oğlu yalnız soyada görə oynasın. Elə anlar olurdu ki, bu, mənə mane olurdu. Bəzi insanlar nailiyyətlərimə nəsil prizmasından baxırdı. Söhbətlərdən qaçmaq olmur ki, belə ata və əmi ilə nəyəsə nail olmamaq çətindir.
“Uşaqlıqda əsas problem meydançaların yoxluğuydu”
- Futbolla harada məşğul olmağa başlamısan?
- Bakıda. İlk məşqçim Vaqif Paşayev olub. Belə demək olar ki, onun yanında böyümüşəm, çox şeyi öyrənmişəm. Sonradan atam qərar verdi ki, Moskvaya köçməyimiz lazımdır. Mən də karyeramı Rusiyada davam etdirdim.
- İlk məşqçinizlə indi əlaqə saxlayırsınız?
- Əlbəttə! Bakıda olanda, görüşməyə çalışıram. Ona Nijni-Novqoroddan zəng edirəm. Həmişə qeyd edirəm ki, məhz Paşayev ilk məşqçimdir. O bilir ki, çətin vəziyyətdə istənilən vaxtda onun yanında olacağam.
- Onun yetirmələrindən futbol aləmində kimlər məşhurdur?
- Milli komandamızın kapitanı Rəşad Sadıqov, yarımmüdafiəçi Ceyhun Sultanov və müdafiəçi Saşa Yunisoğlu.
- Azərbaycanda uşaq futbolunda vəziyyət necədir?
- Mən oynamağa başlayanda, ağır idi. Əsas problem meydançaların yoxluğuydu. Valideynlər məşq meydançalarını icarəyə götürmək üçün özləri pul yığırdılar. Vəziyyət 2-3 il öncə dəyişdi. Heç bir məşqçi valideynlərdən pul yığmır. Hər komandanın bütün yaş qruplarında öz məktəbi var. İnkişaf göz qabağındadır. Ölkə prezidenti oyunumuza böyük diqqət ayırır. Fikrimcə, Azərbaycan futbolunun ayağa qalxmağı üçün bir az gözləmək lazımdır.
- Necə hesab edirsiniz, SSRİ dağılandan sonra Azərbaycanda futbol tez inkişaf etməyə başlayıb?
- SSRİ-də Bakı məktəbinin mövcud olmağı haqda danışa bilərdilər. Fikrimcə, o, yetərincə yüksək səviyyədə idi. “Neftçi”nin nəticələri buna sübutdur. Bu, Azərbaycanın hər yerini əhatə edən bir komanda idi. Ona düşmək çətin idi, hamı onun heyətində oynamaq istəyirdi. SSRİ dağılandan sonra “Neftçi”də dağıldı. Bakılı futbolçular müxtəlif klublara yollandılar. Ancaq ölkədə ilk vaxtlar yalnız 2-3 yaxşı komanda vardı. Qalanlarına yeni səviyyəyə çıxmaq üçün güc və maliyyə vəsaiti çatmırdı. Son illərdə vəziyyət dəyişib: “Neftçi” flaqman mövqeyində qalıb. “Xəzər Lənkəran”, “Qarabağ”, “Bakı” kimi komandalar artırıblar.
- Niyə Azərbaycan futboluna investisiyalar qoyulmağa başladı?
- Hər şey dövlətdən gəldi. Prezident İlham Əliyev respublikada futbolun vəziyyətini qaldırmaq haqda göstəriş verdi. Yeni meydançalar, stadionlar tikməyə başladılar. Fikrimcə, bu, tendensiya yaxın illərdə də davam edəcək. Bundan əlavə, misal üçün “Neftçi”ni böyük neft şirkəti SOCAR dəstəkləyir. Biznesmenlərin sponsorluq etdiyi bir sıra komandalar var. Ölkədə şəxsi klublar yetərincədir.
“Real”da oynamışam, “Barselona”ya azarkeşlik edirəm”
- Uşaq olanda Bakı çempionatında “Real”da oynamısınız...
- Bəli, Paşayevin komandası məhz belə adlanırdı. Sponsorlardan biri “Real” adlı şirkətin sahibi idi. Buna görə də kollektiv belə adlanırdı.
- Bəs siz hansı komandaya azarkeşlik edirsiniz?
- İspaniyada “Barselona”ya. Özü də ona görə yox ki, çempiondur. Onun heyətində ulduzlar cəmləşdiyinə görə. Bundan əlavə, uşaqlıqdan “Yuventus”a azarkeşlik edirəm.
- Rusiyaya köçməyə nə vaxt qərar verdiniz?
- 11 yaşım olanda. Bu qərarı valideynlərimlə birgə qəbul etdik. Bu, çox çətin vaxt idi. Atam Bakıda hər şeyi satdı ki, Rusiyaya köçək. Bu, böyük risk idi. Təsəvvür edin ki, 11 yaşım vardı, Rusiyaya isə bütün ailə köçməli olduq. Moskvada ilk vaxtlar həyat da çətin idi.
- Niyə Türkiyəyə yox? Bu ölkələr arasında mədəni bağlılığı nəzərə alsaq.
- Bibim oğlu İlqar Qurbanov “Fənərbağça”nın gənclər komandasına oynamağa getdi. Mən Türkiyəyə getmək istəmədim. Bundan əlavə, Moskvada atamın dostları vardı. Onlar çətin vaxtda kömək edə bilərdilər.
- Ümumiyyətlə, Türkiyə və Azərbaycan futbolunda hansısa əlaqələr yaranıb?
- İndi klublar əməkdaşlıq edir, uşaqları təcrübəyə göndərmək imkanına malikdirlər. “Neftçi” “Fənərbağça” ilə işləyir. Deyəsən, “Xəzər Lənkəran”la “Qəbələ” “Qalatasaray”la.
- Niyə Moskvanın “Dinamo” və “Torpedo” klublarının məktəblərində işləriniz alınmadı?
- “Dinamo” ilk toplanışda hər şey yaxşı idi. Yeganə problem Rusiya pasportumun olmamağı idi. Mən yetərincə çox oynayırdım. Ancaq toplanış vaxtı gələncə, mənə dedilər ki, Rusiya vətəndaşlığım olmadığıma görə məni götürmürlər. Mən öz hesabıma getməyə hazır idim, ancaq məndən imtina etdilər. Belə münasibət üzücü idi, axı artıq 2 ay sonra pasportum hazır idi. Onda “Torpedo”ya keçməyi qərara aldım. Biz mükafatçı olduq, 2-ci yeri tutduq və məni MOİK-ə dəvət etdilər.
- Ordu klubuna keçməyi irəliyə doğru addım kimi baxırdınmı?
- Hamı bilir ki, MOİK-in əla şəraiti var. Bundan əlavə, biz o vaxt “Dinamo” metro stansiyasının yanında yaşayırdıq. Oradan həmişə “Sportivnaya”ya hərəkət etmək çətin idi.
- 10-11 yaşında Azərbaycandakı həmkarlarınızı bir baş üstələyirdiniz. Rusiyaya gələndə, səviyyənizi necə qiymət verə bilərdiniz?
- Sadəcə, Bakıda böyüklərlə oynayırdıq. Məşqçimiz istəyirdi ki, dərhal kişi futbolunun ləzzətini anlayaq. Onda çox mübarizə vardı. Mən Moskvaya gələndə, müəyyən hazırlıq mərhələsi keçdim. Ancaq cəsarətlə deyə bilərəm ki, Rusiyaya gəlməsəydim, ola bilər ki, indi futbol oynamırdım. Çox şey öyrənməli oldum.
- Konkret nə?
- İlk növbədə Moskvada yaşamağı öyrənməyə. Paytaxtda yalnız güclü sağ qala bilər. Mən taleyimə minnətdaram. Məktəblərdə qabağıma əla məşqçilər çıxıb. Onlar nəzəriyyəyə böyük diqqət ayırırdılar. Ötürməni necə düzgün vermək, topu necə qəbul etmək. Biz saatlarla nəzəriyyə ilə məşğul olurduq. Bunun sayəsində çox şeyi öyrəndim!
- Qafqazda nəyə diqqət yetirirlər? Fikrinizcə, Qafqaz futbol eyni tiplidir?
- Bütün Qafqaz xalqları topu sevir. Onunla işə böyük diqqət yetirirlər. Buna görə də Qafqaz yığmalarında böyük sayda texnikalı futbolçular var. Bizim əsas mənfi cəhətimiz – mübarizə aparmağı bilməməkdir. Bəli, çoxlu dözümlü, texnikalı futbolçularımız var, ancaq atletik oyunçularımız, cüssəli müdafiəçilərimiz, taran tipli hücumçularımızı praktiki olaraq yoxdur. Ona görə də bütün oyun ötürmə üzərində qurulur. “Vur, qaç”a qarşı isə silahımız praktiki olaraq yoxdur. Bu, bizim üslub deyil.
- Nəyisə dəyişməyin lazım olduğunu nə vaxt başa düşdünüz?
- Mən 1998-ci ildə MOİK-in əvəzedicilərində oldum. Orada 2 mövsüm keçirdim və əsas heyəti qiymətləndirərək, atamla birgə qərara aldım ki, getsəm, yaxşıdır. Mənə şans veriləcəyinə inanmırdım. Türkiyədə “Kocaelispor”al təlim-məşq toplanışı keçdim. Həmin komanda o vaxta I liqada oynamasına baxmayaraq, yetərincə tanınmış idi. Məni hər şey qane edirdi, ancaq türklər transfer məbləğimlə bağlı “hərbçilər”lə razılaşa bilmədilər. Nəticədə keçidim alınmadı. Azərbaycana gəlişimə gəlincə, onda hamı deyirdi ki, vətəndə oynamaqdansa, Rusiyada MOİK-in əvəzedicilərində oynamaq daha yaxşıdır. Mən cavab verirdim ki, öz ölkəmdən utanmıram. Əgər vətəndə yaxşı oynasam, onda digər ölkələrdə də mənə göz qoyacaqlar. Belə də oldu.
- MOİK-də sizinlə başlayan futbolçulardan kimlər böyük futbolda yer ala bildi?
- Nikita Burmistrov “Amkar”da, Vadim Qaqloyev “Nijni-Novqorod”da, Adil İbrahimov “Fakel”də oynayır, vəssalam.
“Qarabağ” – xalq komandasıdır!
- Evə qayıtdığınız zaman Azərbaycan çempionatının səviyyəsini necə idi?
- 16 yaşımda usta futbolçularla oynamalı oldum. Mənin üçün səviyyə heç də pis deyildi. Mən az təcrübə yığmadım.
- Çempionatınızda birdən-birə 5 komanda Bakıda məskunlaşıb. Bu, həddən çox deyil?
- Yox. Bakı yetərincə zəngin şəhərdir. Heç bir komandanın maliyyə problemi yoxdur.
- Bəs azarkeşlər?
- “Neftçi” – “Xəzər Lənkəran”, “Neftçi” – “Qarabağ” derbisinə çoxlu azarkeş gəlir. Yığmanın oyununda hərdən stadion tam dolu olur. Əlbəttə, digər matçlarda azarkeşlər azdır.
- Karyeranızı “Qarabağ”da – Rusiyada elə də tanınmayan klubda davam etdirdiniz...
- Bəli, o, çətin vaxtında ilk olaraq mənə əlini uzatdı. Onda Bakıda idim. “Qarabağ” ənənələri olan klubdur. O, regionda məskunlaşıb ki, ora ölkəmizin ağrılı ürəyidir. Azərbaycanda 2 xalq komandası var: “Neftçi” və “Qarabağ”. Biz son illərdə çox şeyə nail ola bildik. Çempionatda yaxşı çıxış etməyimizlə yanaşı, klubu Avropada tanıdılar.
- Onun problemli regionun yaxınlığında məskunlaşmağı çətinlik yaratmır?
- Yox. Biz Quzanlıda – cəbhə xəttindəki kənddə qürurla oynayırdıq. “Qarabağ” ev oyunlarını orada keçirir. Hamı həmişə ora məmnunluqla gəlirdi.
- Elit diviziondan klubun kənddə oynamağı yetərincə orijinaldır. Orada şərait necədir?
- Başqa cür necə ola bilər? “Qarabağ” öz regionunda oynamalıdır. Orda stadion var, Olimpiya Kompleksi tikilib. Deyə bilmərəm ki, şərait gözəldir, ancaq yaxşıdır. Yaşamaq olar, üstəlik, oynamaq da. Bir çətinlik yoldur. Ora getmək 6-7 saat vaxt aparır. Ancaq biz həmişə Quzanlıya ürəkli gedirdik. Fikrimcə, indi heç nə dəyişilməyib.
- Qarabağ münaqişədən savayı atları ilə tanınır. Özünüz at sürürsünüz?
- Boş vaxtım olanda müxtəlif regionlara gedirik ki, atla gəzək. At əla heyvandır, gözəldir, sadiqdir. Atı tez sürməyə çalışmıram. Başa düşürəm ki, mənim idman növüm futboldur. Buna görə də ehtiyatlı olmağa çalışıram!
“Əsas məsələ öz məşqçin uğrunda vuruşmaqdır”
- “Qarabağ” artıq ardıcıl 3 ildir Avropa Liqasındakı uğurlu çıxışı ilə bütün futbol həvəskarlarını təəccübləndirir. Komandanın sirri nədədir?
- Bu uğur zəncirvaridir: mehriban kollektiv, üstəgəl istedadlı məşqçi, üstəgəl savadlı rəhbərlik. Uşaqlar həmişə özləri və baş məşqçi uğrunda döyüşürlər. Bu, çox vacibdir. Hər dəfə “Qarabağ”ın qrup mərhələsinə düşməsinə çox cüzi nəyisə çatmır. Amma orada gənc oyunçular cəmləşib, ehtiyat oyunçular skamyası isə kifayət qədər qısadır. Bu, çətin anlarda özünü göstərib. Amma fikrimcə, komandada öz dəst-xəttinə sadiq qalsalar, bu, gec-tez böyük uğura gətirib çıxaracaq.
- UEFA reytinqində 37-ci yer obyektivdir?
- Reytinq vacibdir. Amma başa düşmək lazımdır ki, Azərbaycanda futbol son 2-3 ildə sürətli templə inkişaf edir. Bunadək o, tutqun durumda idi. Təsəvvür edin, ölkədə elə bir oyunçu yox idi ki, xaricdə çıxış etsin. Hazırkı mövqe, yəqin ki, obyektivdir. Amma məsələn, yığmamızın potensialı böyükdür. Çünki heyətdə çoxlu gənc oyunçu var.
- Norveç “Rusenborq”u üzərində qələbə sensasiya kimi qəbul olundu?
- Əlbəttə! Heç kim inanmırdı. Həmin mövsüm Avroliqada çıxış edən digər komandalarımız ilk oyundaca daha zəif və daha az tanınan rəqiblərinə uduzmuşdular. Çoxları deyirdi ki, bizim oyunlara baxmaya da bilərlər. Amma biz Tronheymdə davam gətirə bildik. Təhlükəli vəziyyət yaratmasaq da, 0:0 hesablı heç-heçə etdik. Bakıda isə tam dolu stadionda yaxşı oyun sərgilədik. Amma deyə bilmərəm ki, bu, karyeramda ən parlaq oyun idi.
- “Tvente” ilə matç sənin üçün dönüş nöqtəsi oldu?
- O, hansısa yolun zirvəsi oldu. Bunadək “Rusenborq”, “Honka”, Rusiya yığması və Lixtenşteynlə oyunlarımız olmuşdu. Həmin görüşlər də Hollandiya klubuna keçidimə təsirini göstərmişdi.
- Həyatında buna bənzər hansı anları xatırlaya bilərsən?
- Moskvaya köçməyim, yəqin ki, daha çətin və qlobal addım idi. Hollandiya klubuna transferim irəliyə sıçrayış oldu. Mənim bu ölkədə qalmaq imkanlarım vardı, amma ailəmdən aralı qalmaq çətin idi, üstəgəl ağır zədə öz rolunu oynadı.
- “Tvente”yə keçidin necə alındı?
- İlk oyundan sonra transfer pəncərəsi bağlanmışdı. Danışıqlar üçün cəmi 4 gün qalmışdı. Ona görə də bütün məsələləri həll etməyə çatdırmadıq. Amma “Qarabağ” rəhbərliyi mənə kömək etdi və qışda sakitcə Hollandiyaya yollandım. Əlbəttə, bu, mətbuatda gur reaksiya doğurdu. Azərbaycanlı oyunçular heç də hər gün Avropaya getmirlər. Üstəlik, çempionluq uğrunda mübarizə aparan klublar.
- Nəyə görə azərbaycanlı oyunçulara Avropada, hətta Türkiyədə tələb yoxdur? Hazırkı yığmanızdan xaricdə cəmi 2-3 futbolçu oynayır...
- Vaxtilə federasiyamız oyunçuları buraxmırdı. Səbəblərini deyə bilmərəm, sadəcə, bilmirəm nəyə görə? Bu barədə mətbuatda dəfələrlə danışılıb. İndi isə fikrimcə, vəziyyət dəyişir. Tezliklə oyunçuların kütləvi axınının baş verməsi tam mümkündür.
- Bəs çempionatınızda legionerlər çoxdur?
- Bəli. Səhv etmirəmsə, legionerlərə 5+2 limiti qoyulmuşdu. Sonradan limit ləğv olundu. Legionersiz də olmaz, lakin onlar yerli futbolçulardan güclü olmalıdırlar.
- Potensialı güclü olan yerli oyunçulardan kimin adını çəkə bilərsən ki, Rusiyanın geniş publikasına hələlik tanış deyil?
- Maksim Medvedevi. O, Azərbaycan yığmasının oyunçusu, yaxşı müdafiəçidir. Təcrübəli futbolçu Rəşad Sadıqov barədə də danışmamaq olmaz. Sürətli forvard Vüqar Nadirov, habelə Əfran İsmayılovu da qeyd edərdim. Yeni nəsil artıq başqa məktəb keçir, amma bu uşaqlara inam lazımdır ki, potensialını açsınlar.
Hollandiyalılar futbolla yaşayırlar
- Hollandiyada hamıdan çox səni nə təəccübləndirdi?
- Bir məsələ həddindən artıq məni təəccübləndirdi. Stadion – insanlar hansı yanaşma ilə matçlara gedirlər. Azarkeşlər üçün futbol teatra bənzəyir. Onlar stadiona istirahət etməyə gedirlər. Rəhbərliyin oyunçulara münasibəti də məni təəccübləndirdi. Məğlubiyyətlərdən sonra heç kim futbolçuları söymür. Heç vaxt “Biz sizə bu qədər pul veririk, siz isə belə oynayırsız!” kimi başa qaxınc eşitmirsən. Orada hamı peşəkardır. Məsələn, oyunçu məşqdə zədə alırsa, həkimlər onu bərpa etmək vaxtında tələsmirlər. Sən onlara deyirsən: “İki günə hazıram!” Onlar cavabında bildirirlər: “Daha iki gün gözlə, hazır olarsan”. Menisk zədə 1 ay – 1,5 aya müalicə olunur. Amma mən 3-4 aya müalicə etdim. Sonra daha 2-3 ay forma yığdım. Mənə deyirdilər: “Biz səni bir aya ayaq üstə qaldıra bilərik. Amma 5-6 ildən sonra bu zədənin təkrarlanmaması daha vacibdir”.
- Hollandiya mentalitetinin Azərbaycanınkından xeyli fərqlənməsi çətinliklər yaratmırdı?
- Əlbəttə, yaradırdı. Orada həm həyat ritmi, həm də insanlar başqadırlar. Həm də təkcə Bakı, Moskva ilə də fərqlər böyükdür. Biz bazar günü harasa getmək, haradasa oturmağa öyrəşmişik. Amma Hollandiyada cümə günü soyuducuya yemək yığmasan, bazar günü xüsusi yerlərə getmək lazım gələcək. Çünki həftəsonu hər yer bağlı olur. Həyat tərzində çətinlik var idi. Amma mən taleyimə minnətdaram ki, belə təcrübə qazandım. Baxmayaraq ki, rəsmi oyunlarda çıxış etmədim. Mövsüm öncəsi məşqlərə qatıldım, yoldaşlıq görüşlərində oynadım və hər halda ölkə çempionu oldum.
- Hazırda Rusiyada Demi de Zuyevlə bağlı çoxlu şayiə gəzir. Hollandiyada futbolçular barədə belə söz-söhbətə necə yanaşırlar?
- Biz hamımız hollandiyalıların qeyri-adi ənənələri ilə məşhurlaşdıqlarını bilirik. Ona görə də mən heç bir şayiəyə təəccüblənmədim. Onda belə şayiələrə zəmin olduğundan xəbərsizəm.
- Ümumiyyətlə, həyatında gördüyün oyunçulardan hansı orijinallığı ilə seçilir?
- Teo Yansen. O, “Tvente”də çıxış edib, hazırda isə “Ayaks”ın oyunçusudur. O, özünəməxsus insandır, davranışı çox spesifikdir.
- Bəs karyerasının müəyyən dövründə basketbolçu olan Rəşad Sadıqovla bağlı əhvalat necə olub?
- Müxtəlif oyunçular olur. Onlardan çoxu karyeralarına çox həssasdırlar. Sadıqovun qərarına hörmətlə yanaşmaq lazımdır.
- Bəs “Tvente”də ikən baş məşqçi Stiv Maklarenlə münasibətlərin necə idi?
- Çox yaxşı. O, həmişə mənə inanır, dəstəkləyirdi.
“Heç vaxt yığmadan imtina etməmişəm”
- 16 yaşında yığmaya düşdün və dəvət alan ən gənc futbolçu oldun...
- Rusiya MOİK-ində oynayarkən, İqor Kolıvanovun rəhbərlik etdiyi Rusiya yığmasına da çağırılırdım. Yeri gəlmişkən, o, Avropa çempionu oldu. Birinciliyin startı ərəfəsində Azərbaycandan təklif gəldi və mən öz Vətənimdə oynamağı qərara aldım. Bu, çətin seçim idi. Mən Rusiya futbolunun yetirməsiyəm, indiyədək burada yaşayır, Rusiyada çörək pulumu qazanıram. Bu ölkəyə çox minnətdaram. Üstəlik, Rusiya vətəndaşıyam. Amma mən Azərbaycanı seçməyi qərara aldım. Çünki orada doğulmuşam. İlk zəngdəcə qəbul etdiyim qərarıma heç vaxt təəssüflənməmişəm.
- Ulduz xəstəliyinə tutulmamısan? 16 yaşında hər oyunçunu milliyə çağırmırlar...
- Arxamda atam durub. Mən heç vaxt belə xəstəliyə tutulmaram. O, dərhal məni yerimdə oturdar.
- Millidə hansı qolunu fərqləndirərdin?
- Bir çox qolum xüsusi əhəmiyyətə malikdir. Fikrimcə, bütün oyunlar vacibdir. Amma Lixtenşteyn üzərində qələbə qazandığımız oyundakı qolumu, sonra Rusiya ilə qarşılaşmanı qeyd edərdim. Bu mövsüm isə Qazaxıstanla matç məni sevindirdi.
- Almanlara künc zərbəsindən qol vurdun. Bu, təsadüfən alındı, yoxsa belə planlaşdırırdın?
- Xeyr, bu, meydançanın küncündən ilk qolum deyil. Bu, qurulan kombinasiyanın nəticəsi, qapıçı meydançasına ötürmə idi. Sadəcə, bu matçda elə alındı ki, top qapıya uçdu.
- Sonradan Almaniyaya çağırmadılar?
- Təkliflər vardı, amma adi klublar idi. Onları nəzərdən keçirməyin mənası yox idi.
- Nəyə görə İqor Akinfeyevin qapısına vurduğun qol rusiyalı qolkiperləri məyus etdiyin yeganə oyun olaraq qalır?
- Qarşıda çox oyun var. Fikrimcə, “Volqa”da çoxlu mövsüm keçirəcəyəm və rəqiblərin qapılarına yol tapa biləcəyəm. Hər şey yaxşı olacaq!
- Yeri gəlmişkən, hücumçu olduğun halda nəyə görə sol cinah yarımmüdafiəçisi kimi oynayırsan?
- Yığmada və “Qarabağ”da həmişə hücumçuya yaxın sol insayd mövqeyində çıxış etmişəm. Bu, mənim sevimli mövqeyimdir. Təmiz hücumçu kimi yığmada bir sıra görüşlərin iştirakçısı olmuşam. Amma siz millidə qol vurduğum oyunlara baxsanız, solda çıxış etmişəm. Əslində, mənim üçün ciddi fərqi yoxdur. Məşqçilər belə gərək görürlərsə, oynayaram.
- Berti Foqts milli komandanıza nə gətirib?
- Nizam-intizam. Rəhbərlik oyunçulara peşəkarlar kimi yanaşmağa başlayıb. Şərtlər daha yaxşı olub. Fikrimcə, daim belə olacaq.
- Azərbaycan yığması nə vaxtsa, böyük turnirə vəsiqə uğrunda mübarizə apara biləcək?
- İrəliyə doğru hərəkət var. Fikrimcə, 2018-ci il dünya çempionatınadək yetişərik.
- Növbəti dünya çempionatının seçmə tsikli barədə nə düşünürsən? Azərbaycan Rusiya ilə eyni qrupa düşüb...
- Bu, yaxşı, maraqlı qrupdur. Çox çalışmaq lazım gələcək. Azərbaycanla oyunlar keçmiş SSRİ-dən olan digər komandalar kimi, asan gəzinti olmayacaq. Futbol döyüşkən və aqressiv olacaq.
- Özünü Rusiya yığması üzrə mütəxəssis sayırsan?
- Hərdən olur. Mən heç vaxt bombardir olmamışam – nə yığmada, nə də “Qarabağ”da! Heç vaxt çoxlu qol vurmağa can atmamışam. Məndə həmkarlarım üçün oynamaq, onlara yaxşı ötürmə vermək rəğbət yaradır.
- Qrupun favoriti kimdir: Rusiya, yoxsa Portuqaliya?
- Oyunçuları fərdi qiymətləndirsək, Portuqaliya favoritdir. Amma Rusiyanın daha mütəşəkkil komandası var.
- Bununla belə, Portuqaliya Avropa çempionatına vəsiqə üçün “pley-off”da mübarizə apardı. Rusiya isə final mərhələsinə 1-ci pillənin sahibi kimi yüksəldi...
- Bu gün üçün belədir. Sabah nə olacağı məlum deyil.
- Avstriya ilə oyundan sonra nə baş verdi?
- Çox şey. Baş məşqçi mənim xidmətlərimdən imtina etdi. Biz avstriyalılara səfərdə də böyük hesabla uduzmuşduq və onun fikrincə, matçdan sonra paltardəyişmə otağında gülmüşdüm. Belə şey əsla olmayıb. Foqtsun köməkçisi Vəli Qasımov da mənim sözlərimi təsdiqləyər. Mən bu barədə mətbuatda da danışmaq istəyirdim. Amma federasiyadan zəng edərək, susmağımı xahiş etdilər. Birinci dəfə dözdüm. Amma elə insanam ki, yanımda kimin olmasına rəğmən, düzünü deyən insanam. Ev oyununda futbolçumuz 23-cü dəqiqədə qırmızı vərəqə alır, biz qol buraxırıq. İkinci qol mənim müdafiədə topu itirməyimdən sonra vurulur. Sonda avstriyalılar darmadağını rəsmiləşdirirlər – 4:1. Oyundan sonra söz-söhbətlər başlayır ki, guya əvəzləndiyim üçün konfliktə girmişəm. Vaqif Cavadov heç vaxt məşqçiyə irad bildirməz. İstənilən insanı dəyişmək olar, mənim belə zəmində münaqişəm heç vaxt olmayıb. Amma 1:4 hesablı məğlubiyyətin günahını hücumçularda görürlərsə, bu, nə deməkdir? Məgər qovulan oyunçunu ittiham edə bilərik? Yox! O, döyüşdü, mübarizə apardı, səhvə yol versə də, bu, irad bildirmək üçün səbəb deyil. Bəli, bir qolu mənim səhvimdən sonra vurdular. Amma məgər bütün itləri bir insanın üstünə buraxmaq normal haldır? Belə münasibət kimə xoş gələr? Dedim ki, məşqçi məni komandada görmək istəmirsə, pasportumu verin, biletimi alın, gedim. Mənə hamısını gətirdilər, gecə saat 3-də əşyalarımı yığdım. Bundan sonra isə deyirlər: “Vaqif yığmadan imtina etdi”. Halbuki ilk zəngdə milliyə gəlmişəm.
- Münaqişə başa çatıb?
- Məşqçilər heyəti öz seçimini edib. Mən heç vaxt yığmadan imtina etməmişəm. Rusiyada çıxış edən bəzi oyunçuları 3-4 dəfə dilə tuturlar ki, seçimlərini Azərbaycan yığmasının xeyrinə etsinlər. Onlar isə imtina edirlər. Mənə isə bir zəng kifayət etdi. Belə seçimdən sonra bu cür münasibət xoş deyil. Amma ümidvaram ki, konflikt gec-tez yoluna qoyulacaq. Çünki Azərbaycanı sevirəm və öz yığmamızda oynamaq istəyirəm.
Ermənistanla istənilən vaxt və istənilən yerdə oynamağa hazıram
- Bu seçmə raundda hamı Ermənistan yığmasının oyunu ilə qürur duyurdu. Azərbaycanda qonşularının uğuruna necə yanaşırdılar?
- Bizə hamı deyirdi: “Ermənistan 17 xal topladı və az qala qrupdan çıxırdı. Biz isə 7 xal yığdıq və yenə qrupda 5-ci olduq”. Amma mən demək istərdim: baxın, Ermənistan hansı qrupda oynayırdı, heç bir nəhəng yox idi. Fikrimcə, belə qrupda biz zəif oynamazdıq. Biz çox güclü Almaniya yığmasına, perspektivli və maraqlı Belçika millisinə, habelə güclü Türkiyə və döyüşkən Avstriyaya qarşı durmuşduq. Türkləri udmaq, Belçika ilə heç-heçə etməyin dəyəri bahadır.
- Azərbaycan və Ermənistan arasındakı münaqişədən çıxış yolu var?
- Qoy, bu məsələni dövlət başçıları həll etsinlər.
- Elə isə 2008-ci il Avropa çempionatının seçmə turnirində Ermənistan və Azərbaycan yığmalarının eyni qrupa düşdüklərini bildikdən sonra hansı hissləri keçirdin?
- Mən Ermənistan yığmasına qarşı məmnuniyyətlə oynayar və qalib gələrdim.
- O oyunları keçirmək mümkün idimi? Yaxud oyunların keçirilməməsi faktı düzgün qərar oldu?
- Bunu müzakirə etməyə haqqımız yoxdur. Amma heç vaxt ermənilərlə oynamaqdan qorxmamışıq. Fikrimcə, oyunçularımızın hər biri belə görüşə hazır idi – ilin istənilən vaxtı, istənilən yerdə, istənilən havada!
- Hobbiniz nədir?
- Balıqçılıq! Mən balıq tutmağı çox sevirəm! Hər dəfə Bakıda kənara çıxmağa çalışıram. Həm də boş vaxtımda bilyard oynamağa çalışıram. Rus, yaxud “amerikanka” – fərqi yoxdur!
- Maksimal qənimətiniz nə qədərdir?
- Bizdə belə balıq var – kütüm! Əgər balıq düşsə, onda 15-20 dənə tutmaq olar!
- “Volqa”dan kiminlə balıq tutmaq istərdiniz?
- Bilirəm ki, Anton Xazov balıq tutmağı sevir. Əgər nə vaxtda Bakıya gəlsə, mütləq balıq tutmağa gedərik!
- Tətil başladı. Hara gedəcəksiniz?
- Əvvəl Bakıya gedəcəyəm, sonra planları quracağam.
- Sizin üçün hansı istirahət idealdır?
- Hər şeydən əvvəl dincəlmək, mobil telefonumu söndürmək istəyirəm! Yanımda yalnız ailə üzvlərimin və ya dostlarımın olmağını istəyirəm.
- Hələ gəncsiniz, ancaq futbolda çox şey görmüsünüz. Arzunuz nədir?
- Həqiqətən də bu yaşımda həyatda çox şey görmüşəm. İstərdim ki, insanlar taleyimin heç də asan olmadığını başa düşsün. Futbolda böyük planlar qurmuram, gündəlik işləməyə çalışıram. Əsas Azərbaycan yığmasının bütün seçmə mərhələlərdə layiq çıxış etməyi və nəhayət, böyük turnirlərə çıxmağıdır. Nə vaxtsa Avropa, yaxud dünya çempionatında oynamaq istəyirəm.

0
0