Romariodan sürpriz qərar: 58 yaşında futbola qayıtdı
17.04.2024 - 16:00
Romariodan sürpriz qərar: 58 yaşında futbola qayıtdı

Braziliya millisinin sabiq futbolçusu Romario karyerasını 58 yaşında bərpa edib.

Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, o, oğlu ilə eyni klubda forma geyinəcək.

Belə ki, Romario prezidenti olduğu “Amerika Rio-de-Janeyro” ilə müqavilə imzalayıb. Veteran futbolçu bu klubda minimum maaş alacaq və əldə etdiyi gəliri kluba bağışlayacaq. Romarionun oğlu Romarinyo da bu klubun şərəfini qoruyur.

Qeyd edək ki, komanda hazırda D Seriyasında mübarizə aparır.

0