Kerem Aktürkoğlu: "Türkiyə həmişə zirvə üçün oynamalıdır"
10.09.2024 - 09:57
Kerem Aktürkoğlu: "Türkiyə həmişə zirvə üçün oynamalıdır"

Türkiyə millisi ötən gün UEFA Millətlər Liqası çərçivəsində İslandiyanı qəbul edib. 

Apasport.az xəbər verir ki, 3:0 hesabı ilə evdə qələbə qazanan Türkiyə yığmasının futbolçusu Kerem Aktürkoğlu mətbuata açıqlama verib: 

"Azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Milli komandamıza uyğun ab-hava var idi. Türkiyə həmişə zirvə üçün oynamalıdır. Biz də ən qısa zamanda B Liqasından yüksəlmək istəyirik. Ümid edirəm ki, hədəflərimizə çatacağıq. 3 qol vurdum, bunu tək etmədim. Komanda yoldaşlarıma təşəkkür edirəm”.

25 yaşlı futbolçu "Benfika" transferi barədə də dadnışıb: "Bu, mənim üçün yeni səyahətdir. Son 4 ildə inanılmaz gözəl xatirələr topladım. Bu, təkcə mənim uğurum deyil. Sabah Portuqaliyaya uçacam. Ümid edirəm ki, bacaracam. Azarkeşlərin dəstəyini hər zaman hiss edəcəm".

Qeyd edək ki, Kerem Aktürkoğlu Türkiyə - İslandiya matçında 3 qolla yadda qalıb.

0