[b]Bədavi Hüseynov kollektivlə məşqlərə başladı[/b]
22.09.2016 - 13:11
[b]Bədavi Hüseynov kollektivlə məşqlərə başladı[/b]

“Qarabağ”ın müdafiəçisi Bədavi Hüseynov zədəsini sağaldıb. Apasport.az klubun saytına istinadən xəbər verir ki, millimizin üzvü fərdi məşqləri yekunlaşdırıb.

 

Hüseynov artıq komanda ilə birgə çalışmalara başlayıb.

 

“Qarabağ”ın digər zədəliləri Muarem Muarem və  Əfran İsmayılovun da vəziyyətinə aydınlıq gəlib. Zədəsi ciddi olmayan hər iki futbolçu dünəndən etibarən kollektivlə məşqdə iştirak ediblər.

0