Azərbaycan millisi Praqada beynəlxalq turnirdə iştirak edəcək
16.04.2024 - 13:16
Azərbaycan millisi Praqada beynəlxalq turnirdə iştirak edəcək

18-21 aprel tarixlərində Çexiyanın Praqa şəhərində aerobika gimnastikası üzrə “Czehc Aerobic Open” adlı beynəlxalq yarış keçiriləcək.

Apasport.az xəbər verir ki, Azərbaycan millisi beynəlxalq turnirdə 5 idmançı ilə iştirak edəcək.

Emil Quliyevin rəhbərliyi altında Fidan İbrahimova (üçlük və qrup), Leyla Əhmədova (üçlük və qrup), Evelina Kozlovskaya (üçlük və qrup), Məryəm Topçubaşova (fərdi və qrup), Sara Əlixanlı (fərdi və qrup) turnirdə yarışacaqlar. 

Qeyd edək ki, yarışda məşqçi Emil Quliyev və hakim Tünzalə Daşdəmirova da ölkəmizi təmsil edəcəklər.

0