121524,14 əmsallıq KUPONU SATDI
02.03.2023 - 14:02
121524,14 əmsallıq KUPONU SATDI

Bukmeker kontorlarında daha bir böyük qazanc qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, İngiltərə çempionatının oyunlarına mərc edən böyük britaniyalı proqnozsevər 16 matçdan ibarət ekspress kupon yazıb.

O, bu varianta cəmi 1 funt sterlinq qoyub. Kuponun əmsalı 6076157/50-yə,yəni 121524,14-ə bərabər olub.

15 təxmini düz çıxan better “Liverpul”un “Kristal Pelas” üzərində qələbəsini gözləmədən kuponu satıb. O, 21 min 755 funtluq təklifi qəbul edib. 

Qeyd edək ki, proqnozsevərin gözləməyə ehtiyac duymadığı görüşdə 0:0 hesablı heç-heçə qeydə alınıb.

0