Ölkə çempionatında yarımfinalçılar müəyyənləşdi
09.02.2025 - 23:50
Ölkə çempionatında yarımfinalçılar müəyyənləşdi

Bu gün şahmat üzrə Azərbaycan çempionatında 1/4 finalın tay-brek qarşılaşmaları keçirilib.

Apasport.az xəbər verir ki, kişilərin yarışında sürətli şahmatda, müvafiq olaraq, Vüqar Əsədli və Əhməd Əhmədzadəni məğlub edən Teymur Rəcəbov və Rauf Məmmədov yarımfinala yüksəliblər.

Yarımfinalda Rəcəbov Məmmədovla, Şəhriyar Məmmədyarov isə Misrətdin İsgəndərovla qarşılaşacaq.

Qadınların yarışında 1/4 finalın tay-brekində Gövhər Beydullayeva Türkan Məmmədyarovanı mübarizədən kənarlaşdırıb, Günay Məmmədzadə Səbinə İbrahimovaya qalib gəlib, Gülnar Məmmədova isə Xanım Balacayevadan güclü olub.

Yarımfinalda Ülviyyə Fətəliyeva Beydullayeva ilə, Məmmədzadə isə Məmmədova ilə qarşılaşacaq.

0