Braziliya millisinin üzvü “Əl-Əhli”də - Rəsmi
01.02.2025 - 18:16
Braziliya millisinin üzvü “Əl-Əhli”də - Rəsmi

Səudiyyə Ərəbistanı komandalarından “Əl-Əhli” heyətini gücləndirməyə davam edir.

Apasport.az xəbər verir ki, komanda  “Portu”nun şərəfini qoruyan Qalenonu transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasında razılaşmaya əsasən, “Əl-Əhli” oyunçu üçün qarşı tərəfə 50 milyon avro ödəniş edib.

Vinger yeni komandası ilə 3,5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Braziliya millisinin üzvü bu mövsüm Portuqaliya təmsilçisinin heyətində çıxış etdiyi 31 rəsmi matçda 12 qol, 3 assistlə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0