UFC: Rafael Fizievdən erkən nokaut
27.06.2026 - 22:59
Bakıda keçirilən “UFC Fight Night: Fiziev vs. Torres” tədbiri başa çatıb.
“Apasport”un tədbirə ezam olunmuş əməkdaşının məlumatına görə, gecənin əsas döyüşü keçirilib.
Yüngül çəki dərəcəsində Azərbaycan təmsilçisi Rafael Fiziev Meksikadan olan Manuel Torreslə qarşılaşıb.
İlk raundda iki teykdaun həmləsi edən Fiziev zərbələrin sayında geri qalıb.
Fiziev ikinci raundun startında rəqibini nokaut etməyi bacarıb.
Qeyd edək ki, bu Rafaelin Bakıda qazandığı ikinci qələbədir. O, ötən il paytaxtda keçirilən UFC tədbirində İqnasio Bahamondesi məğlub etmişdi.
- "Bakı"nın avrokubok oyunlarının vaxtı bəlli oldu
- Kənan Kərimov: “Düşünürəm ki, İsveçin ardınca ikinci ola bilərik"
- "Fənərbaxça"dan darmadağın, Şahruddinli "Demirspor"dan növbəti xal itkisi - VİDEO
- Azərbaycan futbolunda həlledici qərar: Premyer Liqa pley-offunda limit olmayacaq
- Qurban Qurbanov: “Məsuliyyətimiz bir daha artdı”
0
0