“Qarabağ”ın legioneri milliyə dəvət alıb
02.09.2024 - 15:39
“Qarabağ”ın legioneri milliyə dəvət alıb

“Qarabağ”ın futbolçusu Yassin Benzia Əlcəzair milli komandasına dəvət alıb.

Apasport.az xəbər verir ki, o, baş məşqçi Vladimir Petkoviçin 26 futbolçudan ibarət siyahısına daxil edilib.

Əlcəzair millisi Afrika Millətlər Kubokunun E qrupunda Ekvatorial Qvineya (5 sentyabr) və Liberiya (10 sentyabr) komandalarına qarşı seçmə mərhələ oyunlarını keçirəcək.

0